"Qarabağ" pley-offda "Ferentsvaroş"la qarşılaşacaq

Xəbərlər
13 Avqust 2025 00:11
52
"Qarabağ" pley-offda "Ferentsvaroş"la qarşılaşacaq

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu "Ferentsvaroş"la münasibətlərə aydınlıq gətirəcək.

Macarıstan təmsilçisi III təsnifat məhələsində iki oyunun nəticəsinə görə "Ludoqorets"dən (Bolqarıstan) güclü olub. Səfərdən 0:0 hesabı ilə dönən "Ferentsvaroş" öz meydanında rəqibin qapısından 3 cavabsız top keçirib.

Macarıstan çempionu "Qarabağ"a tanış rəqibdir. Qurban Qurbanovun komandası Çempionlar Liqasının 2022/2023 mövsümünün III təsnifat mərhələsində "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb - 1:1, 3:1.

Qeyd edək ki, pley-off mərhələsinin ilk matçı avqustun 19-da Macarıstanda, cavab matçı atın 26-da Bakıda olacaq.

İdman.biz