“İmişli” ilk turu Şamaxıda oynayacaq - SƏBƏB

Xəbərlər
9 Avqust 2025 13:08
45
“İmişli” ilk turu Şamaxıda oynayacaq - SƏBƏB

“İmişli” Misli Premyer Liqasının ilk iki ev oyununu Şamaxıda keçirəcək.

PFL-dən İdman.biz-ə verilən məlumata görə, buna komandanın Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı səbəb olub.

Nəticədə AFFA və PFL-in müdaxiləsindən sonra “İmişli” cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.

Qeyd edək ki, "İmişli" I turda "Turan Tovuz"u qəbul edəcək. Oyun avqustun 16-da olacaq.

İdman.biz