"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya çempionatında 2025/2026 mövsümünə start verib.
İdman.biz xəbər verir ki, Tetovo təmsilçisi mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb.
Çempionumuzun rəqibi öz meydanında "Şkupi"yə 5:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Şkendiya" mərhələnin ilk matçında "Qarabağ"a 0:1 hesabı ilə uduzub. Komandalar arasında cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İdman.biz