Yassin Benzia Səudiyyə Ərəbistanı klubunda

Xəbərlər
7 Avqust 2025 10:14
66
Yassin Benzia Səudiyyə Ərəbistanı klubunda

"Qarabağ"dan ayrılan Yassin Benzia özünə yeni klub tapıb.

İdman.biz xəbər verir ki, əlcəzairli futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

O, "Əl-Feyha" ilə danışıqları müsbət yekunlaşdırıb. 30 yaşlı yarımmüdafiəçi ilə ərəblərlə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Benzia 2023-2025-ci illərdə Ağdam təmsilçisinin şərəfini qoruyub.

İdman.biz