"Şkendiya" - "Qarabağ" görüşünün başlama saatı açıqlanıb

Xəbərlər
31 İyul 2025 11:02
77
"Şkendiya" - "Qarabağ" görüşünün başlama saatı açıqlanıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubuna qarşı keçirəcəyi ilk matçın başlama saatı açıqlanıb.

İdman.biz xəbər verir ki, bu barədə rəqib komandanın rəsmi internet səhifəsi məlumat yayıb.

Skopyedəki Toşe Proeski adına Milli Arenada avqustun 5-də baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz