“Karvan” yerli futbolçu ilə güclənib

Xəbərlər
27 İyul 2025 11:51
28
“Karvan” yerli futbolçu ilə güclənib

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan”da növbəti transfer gerçəkləşib.

İdman.biz xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub sol cinah müdafiəçisi Vüsal Məsimovla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu son olaraq “Şamaxı” klubunda forma geyinib.

İdman.biz