Azərbaycanın deputatlardan ibarət komandası Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünə həsr olunan parlamentlərarası futbol turnirində ilk matçını keçirib.
İdman.biz xəbər verir ki, təmsilçimiz yarışın son qalibi ilə üz-üzə gəliblər.
Antalyada “Glorias Sports Arena”da baş tutan matç rumınların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
B qrupunda yer alan Milli Məclisinin deputatları növbəti oyununu bu gün, saat 16:30-da Gürcüstana qarşı keçirəcək. A qrupunda Türkiyə, Macarıstan və Bolqarıstan mübarizə aparacaq.
Qeyd edək ki, Antalyada keçirilən yarışda 6 ölkənin parlamentinin komandaları mübarizə aparır. Reqlamentə əsasən, qrup liderləri finalda, ikincilər isə bürünc medal uğrunda oynayacaqlar.
Emin Ağa
İdman.biz