"Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Yassin Benzianın karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi dəqiqləşib.
İdman.biz xəbər verir ki, 30 yaşlı əlcəzairli futbolçunun Pro Liqaya yüksələn "Əl-Hazem" klubu ilə anlaşdığı bildirilir.
Benzia 2023-cü ilin fevralından 2025-ci ilin mayına kimi "Qarabağ"ın formasını geyinib. O, həmçinin "Lill", "Lion", "Fənərbağça" və "Olimpiakos" kimi klubların formasını geyinib.
İdman.biz