Elvin Yunuszadə: "Bu, Araz Abdullayev və mənim üçün yeni şansdır" - MÜSAHİBƏ

Müsahibə
18 İyul 2025 11:13
52
Elvin Yunuszadə: "Bu, Araz Abdullayev və mənim üçün yeni şansdır" - MÜSAHİBƏ

"Karvan"ın yeni transferi Elvin Yunuszadənin Sport24.az-a müsahibəsi

- Yevlax təmsilçisinə keçidinlə bağlı fikirlərini öyrənmək istərdik. Yeni komandanla bağlı təəssüratların necədir?

- İlk olaraq Kənan Kərimovla danışdım. O, mənə klubun gələcək planlarından danışdı. Mən də ən düzgün seçimin "Karvan" olduğuna qərar verdim.

- Başqa klublardan da təklifin var idi? Niyə məhz "Karvan"?

- Əlbəttə. Başqa 1-2 təklifim var idi. Amma düşünürəm ki, bugünkü vaxt üçün ən düzgün olanı etmişəm. Oynamaq və məşqçi baxımından bunu deyirəm.

- Son olaraq "Qəbələ" ilə I Liqada çempion olduz. Sənə yeni müqavilə təşkif olunmadı?

- Sözün düzü, "Qəbələ" ilə ilkin razılığımız olmuşdu. Sonra bəzi nüanslara görə alınmadı. Buna görə də yolları ayırmaq qərarına gəldik.

- "Karvan"ın növbəti mövsümdəki hədəfləri barədə nə deyə bilərsən?

- Əsas hədəf yaxşı kollektiv formalaşdırmaq və istənilən komandanı qurmaqdır. "Karvan" uzun illərdən sonra Premyer Liqaya qayıtdı. İstəyirik ki, azarkeşlərimizi layiqincə sevindirək.

- Artıq yeni baş məşqçiniz də bəllidir. Azər Həşimovun təyinatını necə qarşıladın?

- Azər müəllimi əvvəl də tanıyırdıq. Onun işinə də bələdik. İnanıram ki, öz təcrübəsi ilə komandaya yaxşı tərəfdən çox böyük köməklik edəcək.

- "Karvan" Premyer Liqa təcrübəsi olan oyunçuları heyətinə qatıb. Səninlə yanaşı Araz Abdullayev də heyətdədir. Karyeranızda əvvəlki günləri xatırlada biləcəksinizmi?

- Bu, Araz və mənim üçün bir şansdır. Əlbəttə yenidən Premyer Liqada oynamaq xoşdur. Bu komandanın formasını geyiniriksə, klub üçün əlimizdən gələni etməliyik. İnanıram ki, daha yaxşı olacaq. Komandaya qoşulmuşuqsa, inanıram ki, köməklik edəcəyik.

İdman.biz