Lamin Yamal "Barselona"nın əfsanəvi "10-luğ"undan imtina edə bilər

Xəbərlər
13 İyul 2025 15:54
120
Lamin Yamal "Barselona"nın əfsanəvi "10-luğ"undan imtina edə bilər

Ansu Fati icarəyə getdikdən sonra "Barselona"nın əfsanəvi 10 nömrəli forması yenidən sathibsiz qalıb.

İdman.biz xəbər verir ki, bu gün 18 yaşı tamam olan Lamin Yamal bir vaxtlar Lionel Messinin daşıdığı nömrəni miras kimi ala bilər.

Jurnalist Gilem Balaqenin sözlərinə görə, klub Yamalı daha bir mövsümə 19 nömrə altında saxlamaq imkanını müzakirə edir. Futbolçunun özü də əvvəllər bu köynəkdə fotosunu yayımlayıb və ondan əvvəl bu nömrəni daşıyanlara ehtiramını bildirib.

Uzun müddətdir ki, 10 rəqəminin mümkün seçimi ilə bağlı söz-söhbətlər dolaşır. Fati komandada olarkən Yamal heç vaxt bu mövzuya açıq şərh verməyib. İndi o, seçim qarşısındadır: 19 nömrə altında yolunu davam etdirmək və ya Stoiçkovdan Messiyə kimi “Barselona”nın ən böyük oyunçularının simvolik mirasını üzərinə götürmək.

İdman.biz