Araz Abdullayevin “Karvan”a keçidi rəsmiləşib

11 İyul 2025 15:14
452
Araz Abdullayevin “Karvan”a keçidi rəsmiləşib

“Karvan” növbəti transferini reallaşdırıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Yevlax təmsilçisi Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevlə müqaviləni rəsmiləşdirib.

O, 2025/2026 mövsümündə “Karvan”ın formasını geyinəcək.

İdman.biz