"Azərbaycanda futbol ilinin başlaması münasibətilə hər birinizi təbrik edirəm. Səbirsizliklə oyunu gözləyirik".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın qapıçısı Stas Pokatilov Avropa Liqası 1-ci təsnifat mərhələsinin "Selye" ilə keçiriləcək ilk oyununda öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Qazaxıstanlı qolkiperin fikrincə komandaların şansları bərabərdir: Rəqibin güclü və zəif tərəflərini öyrənirik. "Selye" güclü rəqibdir. Şanslar bərabərdir. Hamımız hazırıq. İlk matçda əla futbol göstərməyə çalışacağıq. Əvvəlki məşqçi heyətimizə təşəkkür edirəm. Onlarla bərabər tarix yazdıq, ilk titulumuzu qazandıq. Yeni baş məşqçimizin oyun tərzi, qapıçılardan tələbi çox xoşuma gəlir. "Selye" ilə oyunu səbirsizliklə gözləyirik".
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
İdman.biz