“Sumqayıt” yoxlama oyunlarını Qəbələdə keçirəcək

Xəbərlər
8 İyul 2025 15:18
44
“Sumqayıt” yoxlama oyunlarını Qəbələdə keçirəcək

İyulun 7-dən yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.

İdman.biz xəbər verir ki, ayın 25-də Qəbələyə yola düşəcək komanda hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı hələ dəqiqləşməyib.

İdman.biz