Xorvatiya millisinin sabiq futbolçusu Stepan Tomas vaxtilə Türkiyə “Qalatasaray”ında komanda yoldaşı olmuş Saşa İliçin “Sumqayıt”a baş məşqçi təyin olunmasına münasibət bildirib.
İdman.biz xəbər verir ki, 49 yaşlı mütəxəssis AZƏRTAC-a eksklüziv açıqlamasında serbiyalı mütəxəssisə yeni işində uğurlar arzulayıb: “Saşa İliçi hər zaman bəyənmişəm. Onun futbolçu karyerasına söz ola bilməz. Lakin məşqçiliyi barədə informasiyam yoxdur. Özü ilə də uzun zamandır əlaqə yaratmıram. Keçmiş komanda yoldaşımın Azərbaycanda uğur qazanmasını istəyirəm”.
Qeyd edək ki, Saşa İliç “Sumqayıt”la birillik müqavilə imzalayıb. O, Stepan Tomasla birgə 2005-2007-ci ildə Türkiyə nəhəngində birgə çıxış ediblər. Xorvatiya millisinin heyətində 49 oyun keçirmiş Stepan Tomas “Fənərbağça”nın da formasını geyinib.
İdman.biz