Superkompüter klublararası dünya çempionatının yarımfinalında FAVORİTLƏRİ AÇIQLAYIB

Xəbərlər
6 İyul 2025 16:39
37
Superkompüter klublararası dünya çempionatının yarımfinalında FAVORİTLƏRİ AÇIQLAYIB

Opta analitik platforması 2025-ci il Klublararası Dünya Çempionatının yarımfinal mərhələsi öncəsi proqnozlarını yeniləyib.

İdman.biz xəbər verir ki, təxminlər komandaların hazırkı formasını, heyətlərini və statistikasını nəzərə alan on min kompüter simulyasiyasına əsaslanır.

Hesablamalara görə, PSJ turnirin əsas favoritidir: Paris komandasının qalib gəlmək şansı 39,33% təşkil edir. Sonrakı yerdə 33,27%-lə Londonun “Çelsi” klubudur. Üçüncü və dördüncü yerlərdə isə müvafiq olaraq, “Real” (24,67%) və "Fluminense" qərarlaşıb (2,72%).

Qeyd edək ki, yarımfinal görüşləri Nyu-Cersidəki "MetLife" stadiununda keçiriləcək. İyulun 8-də “Çelsi” “Fluminense” ilə, ayın 9-da isə PSJ “Real”la qarşılaşacaq. Final matçı iyulun 13-nə planlaşdırılıb.

İdman.biz