Moskva vilayəti çempionatının B-3 liqasının "Parkovı" - "Nara" komandalarının qarşılaşmasında faciə yaşanıb.
İdman.biz xəbər verir ki, "Parkovı"nın 26 yaşlı futbolçu Artem Kalmıkov matçın 60-cı dəqiqəsində yıxılaraq huşunu itirib.
Təcili yardım gələnə qədər idman həkimi müdaxilə etsə də, nəticəsi olmayıb. Futbolçu dünyasını dəyişib.
İdman.biz