21 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, finalda turnirin son iki qalibi üz-üzə gəlib.
Almaniya 2021-ci, İngiltərə isə 2023-cü ildə Avropa çempionu olub. Oyuna yaxşı başlayan ingilislər 2:0 hesabı ilə önə keçsələr də, almanlar geri dönüş edə biliblər. 90 dəqiqə 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə İngiltərə yığması qələbə topunu vuraraq, titulu qorumağı bacarıb.
Komanda tarixində 4-cü dəfə Avropa çempionu olub. İspaniya və İtaliya millilərinin hesabında 5 çempionluq titulu var.
Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. İngilislər iki oyunda komandamızın qapısından 12 top keçiriblər (5:1, 7:0).
U-21 Avropa çempionatı
Final
28 iyun
23:00. İngiltərə - Almaniya - 2:2, ə.v. 1:0
İdman.biz