“Sabah” onunla yollarını ayırıb

28 İyun 2025 16:50
253
“Sabah” onunla yollarını ayırıb

“Sabah” daha bir futbolçusu ilə vidalaşıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Vinsent Till ilə yolları ayrılıb.

Lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.

İdman.biz