“Kəpəz” kapitanı ilə vidalaşıb

Xəbərlər
28 İyun 2025 13:54
39
“Kəpəz” kapitanı ilə vidalaşıb

“Kəpəz” futbolçusu Yeqor Xvalko ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, Gəncə təmsilçisi müqaviləsi başa çatan kapitanı ilə yollarını ayırıb.

Belaruslu müdafiəçi artıq "Kəpəz"i tərk edib.

O, son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Xvalkonun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu komandanın heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.

İdman.biz