Premyer Liqada yeniliklər olacaq

Xəbərlər
27 İyun 2025 16:36
45
Premyer Liqada yeniliklər olacaq

İngiltərə çempionatında əvəz edilən futbolçulardan oyun zamanı müsahibə almağa icazə veriləcək.

İdman.biz xəbər verir ki, yeni mövsümdə "Sky Sports" və "TNT Sports" kanallarında yayımlanacaq Premyer Liqa matçlarında bu və digər yeniliklər tətbiq olunacaq.

Bundan əlavə, qolların qeyd olunması zamanı yaxından çəkiliş aparmaq üçün operatorlara meydana çıxmağa icazə veriləcək.

Üstəlik, operatorlar komandaların paltardəyişmə otaqlarına da daxil ola biləcəklər, lakin bəzi məhdudiyyətlər olacaq – məsələn, baş məşqçinin komanda qarşısında çıxışı zamanı çəkiliş aparmaq qadağandır.

İdman.biz