“Zirə”də gözlənilməz ayrılıq - Ukrayna nəhəngi ilə anlaşıb

Xəbərlər
27 İyun 2025 09:29
49
“Zirə”də gözlənilməz ayrılıq - Ukrayna nəhəngi ilə anlaşıb

"Zirə"də gözlənilməz ayrılıq yaşanıb.

İdman.biz “Sportinfo”ya istinadən xəbər verir ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək Bakı klubun lideri Salifu Suma Azərbaycanı tərk edib.

Buna ölkə xaricindən aldığı təkliflər səbəb olub. Sumanın xidmətində Rusiya, Türkiyə və Ukrayna klubları maraqlı olsa da, o, sonuncunu seçib. 21 yaşlı qvineyalının karyerasını Kiyev "Dinamo"sunda davam etdirəcəyi böyük ölçüdə dəqiqləşib.

Ukrayna nəhəngi bu ilin yanvarında "Zirə"yə rəsmi təklif göndərmişdi. Klublar yarımmüdafiəçinin keçidi üçün artıq bütün detallarda razılıq əldə edib.

Qeyd edək ki, 2023-cü ildən "qartallar"ın şərəfini qoruyan Suma "Zirə" formasında meydana çıxdığı 82 görüşdə 18 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz