AFFA iki stadionda təmir planlaşdırır

Xəbərlər
25 İyun 2025 14:32
46
AFFA iki stadionda təmir planlaşdırır

AFFA HatTrick investment layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək.

İdman.biz xəbər verir ki, bunu qurumun baş katibi Cahangir Fərəcullayev AFFA İcraiyyə Komitəsinin iclasında açıqlayıb.

Bildirilib ki, AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması nəzərdə tutulub. Həmçinin, Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması üçün də UEFA-ya müraciət ünvanlayacaq.

Birinci Regional İnkişaf Mərkəzinin inşası və aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi də nəzərdə tutulub. Bununla əlaqədar sənədləşmə və layihələndirmə işlərinə başlanılmasına qərar verilib.

İdman.biz