AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri olacaq.
İdman.biz xəbər verir ki, bununla bağlı qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev qadın futbolundakı vəziyyətlə bağlı məlumat verib. O, milli komandanın Millətlər Liqasındakı çıxışı, həmçinin qadın liqalarında başa çatan mövsümlə bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, yaxın vaxtlarda AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.
İdman.biz