Alvaro Morata "Komo"da oynayacaq

Xəbərlər
25 İyun 2025 19:30
27
Alvaro Morata "Komo"da oynayacaq

İcarə əsasında "Qalatasaray"da çıxış edən Alvaro Morata İtaliyada oynamağa hazırlaşır.

İdman.biz xəbər verir ki, o, karyerasını "Komo"da davam etdirəcək.

"Milan"a məxsus forvardın "Qalatasaray"da qalma ehtimalı olsa da, Morata digər varianta üstünlük verib. 32 yaşlı hücumçu "Komo"nin təklifini qəbul edib. Hələlik, transferin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Alvaronun "Milan"la 2028-ci ilin yayına kimi müqaviləsi var. O, "Qalatasaray"ın heyətində 16 oyunda 7 qol vurub, 3 ötürmə verib.

İdman.biz