Daha bir legioner "Kəpəz"dən ayrılır

Xəbərlər
25 İyun 2025 16:51
36
Daha bir legioner "Kəpəz"dən ayrılır

"Kəpəz"in müdafiəçisi Dioqo Verdaska Gəncə təmsilçisi ilə yolları ayıracaq.

İdman.biz xəbər verir ki, bu barədə Sport24.az-a açıqlamasında futbolçunun agenti Vaqif Heydərli deyib.

O bildirib ki, Dioqo Verdaskaya təkliflər var: "Hansı komandalardan deməyim düzgün olmaz. Bugünkü günə olan vəziyyəti nəzərə alsaq, görünən odur ki, Portuqaliyalı oyunçu Gəncə klubundan ayrılacaq".

Qeyd edək ki, 27 yaşlı Verdaska karyerası ərzində "Mirandes", "Real Saraqosa", "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) kimi komandaların formasını geyinib.

İdman.biz