"Real" azlıqda qalıb və Arda hesabdakı fərqi artırıb, "Yuventus"dan növbəti böyük hesablı qələbə - YENİLƏNİR/VİDEO

Xəbərlər
22 İyun 2025 23:44
90
"Real" azlıqda qalıb və Arda hesabdakı fərqi artırıb, "Yuventus"dan növbəti böyük hesablı qələbə - YENİLƏNİR/VİDEO

ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, ilkin mərhələdə mübarizə hərəsində dörd iştirakçı olmaqla 8 qrupda gedir.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində G qrupunda ilk oyunda böyük hesablı qələbə qazanmış "Yuventus" mundiala məğlubiyyətlə başlayan Mərakeş təmsilçisi "Vidad"a qalib gəlib - 4:1. Türkiyə millisinin hücumçusu Kenan Yıldız bu oyunda dubl edib.

Daha sonra H qrupunda hesabında bir xal olan "Real Madrid" isə ilk oyununda uduzan Meksika klubu "Paçuka" ilə qarşılaşır. Raul Asensio 7-ci dəqiqədə qırmızı vərəqə alaraq "Kral klubu"nu azlıqda qoyub.

Qrup mərhələsi
2-ci tur
22 iyun
G qrupu
20:00. "Yuventus" - "Vidad" 4:1

O

Q

H

M

T

X

1

Yuventus

2

2

0

0

9-1

6

2

Mançester Siti

1

1

0

0

2-0

3

3

Vidad

2

0

0

2

1-6

0

4

Əl-Əyn

1

0

0

1

0-5

0

H qrupu
22:00. "Real Madrid" - "Paçuka" 2:0

İdman.biz