Karyerasını II Bundesliqa təmsilçisi "Kayzerslautern"də davam etdirəcək Mahir Emreli yeni komandasının heyətində İtaliya A Seriyası klublarına qarşı çıxış edə bilər.
İdman.biz xəbər verir ki, 2012-ci ildə tərk etdiyi Bundesliqaya qayıtmaq niyyətində olan "Kayzerslautern"in iyulun 19-da "Cenoa" və 26-da "Roma" ilə yoldaşlıq görüşləri keçirəcəyi planlaşdırılır.
Azərbaycan millisinin hücumçusunun yeni komandası həmçinin avqustun 17-də Almaniya kubokunun 1/32 finalı çərçivəsində səfərdə səviyyəcə V divizion təmsilçisi "RSV Eintracht 1949" ilə qarşılaşacaq.
Qeyd edək ki, II Bundesliqada yeni mövsümün avqustun 1-də başlayacağı bildirilir.
İdman.biz