Braziliyalı futbolçu "Fənərbaxça" nın hədəfində

Xəbərlər
25 İyun 2025 21:46
37
Braziliyalı futbolçu "Fənərbaxça" nın hədəfində

"Zenit"in yarımmüdafiəçisi Vendel karyerasını Türkiyədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, "Fənərbaxça" braziliyalı futbolçu ilə maraqlanır.

Rusiya klubu bu keçid üçün 20 milyon avro tələb edir. Az əvvəl "Zenit" "Botafoqo" Vendelin transferi ilə bağlı razılıq əldə etsə də, son anda danışıqlar baş tutmayıb. "Fənərbaxça" bu imkandan istifadə etməyə çalışır.

Qeyd edək ki, Vendel Rusiya çempionatının son mövsümündə 27 matçda iki qol və 13 ötürmə ilə yadda qalıb.

İdman.biz