Kriştiano Ronaldo "Əl-Nəsr"lə yaxın günlərdə yeni müqavilə bağlayacaq.
İdman.biz xəbər verir ki, razılaşma bir və ya iki mövsümlük nəzərdə tutulub.
Portuqaliyalı ulduzla bağlanacaq yeni müqavilənin detalları nəzərdən keçirilir. "Əl-Nəsr"in son mövsümü titulsuz başa vurması Ronaldonun komandadakı gələcəyini sual altıında qoymuşdu. 2023-ci ildən klubda çıxış edən 40 yaşlı futbolçu ilə 1+1 sxemi üzrə razılaşmanın əldə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Kriştiano 2024/2025 mövsümündə bütün turnirlərdə 35 qol vurub, 4 ötürmə verib.
İdman.biz