"Araz-Naxçıvan"ın "Aris"lə matçlarının başlama saatı açıqlanıb

Xəbərlər
25 İyun 2025 13:51
36
"Araz-Naxçıvan"ın "Aris"lə matçlarının başlama saatı açıqlanıb

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Aris"ə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

İdman.biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İyulun 24-də, Bakıdakı "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Bir həftə sonra Saloniki şəhərində keçiriləcək növbəti matç Bakı vaxtı ilə 22:15-də başlayacaq.

İdman.biz