"Neftçi" klubu daha bir futbolçusu ilə yollarını ayırmaq istəyir.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu, Monteneqro millisinin üzvü Edvin Kuçdur.
"Ağ-qaralar" 31 yaşlı yarımmüdafiəçi ilə vidalaşmaq niyyətindədir. Lakin oyunçunun müqaviləsinin olması "Neftçi"nin işini çətinə salıb.
Qarşılıqlı razılıq əldə olunacağı təqdirdə bakılılar Kuçla da yollarını ayıracaq.
Qeyd edək ki, "Neftçi" indiyədək 12 futbolçu ilə vidalaşıb.
İdman.biz