“Benfika”nın yetirməsi “Turan Tovuz”da - FOTO

Xəbərlər
23 İyun 2025 15:29
47
“Benfika”nın yetirməsi “Turan Tovuz”da - FOTO

“Turan Tovuz” Kabo-Verde millisinin futbolçusu David Oliveyra Tavareşlə güclənib.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

“Benfika”nın yetirməsi olan Tavareş son mövsümü Rumıniya “Buzau”sunda keçirib. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.

İdman.biz