Əfsanəvi NBA klubu PSJ ulduzlarına fərdi formalar hədiyyə edib - VİDEO

Xəbərlər
22 İyun 2025 16:01
33
Əfsanəvi NBA klubu PSJ ulduzlarına fərdi formalar hədiyyə edib - VİDEO

Əfsanəvi basketbol klubu "Leykers" PSJ-nin ulduz futbolçularına öz nömrələri ilə fərdi formalarını hədiyyə edib.

İdman.biz xəbər verir ki, Kvaratsxelia, Dembele, Safonov və digər PSJ oyunçuları ABŞ-da keçirilən Klublararası Dünya Çempionatı çərçivəsində fərdiləşdirilmiş sürprizlərə sahibləniblər.

Simvolik bənövşəyi və qızılı NBA formalarının məşhur futbolçulara təqdim edildiyi video sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, bu jestin iki idman brendi arasında dostluğu xarakterizə etdiyi bildirilib.

İdman.biz