PFL-dən Azərbaycan Premyer Liqasına yeni qoşulacaq klublara XƏBƏRDARLIQ

Xəbərlər
20 İyun 2025 17:32
42
PFL-dən Azərbaycan Premyer Liqasına yeni qoşulacaq klublara XƏBƏRDARLIQ

Peşəkar Futbol Liqası 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək yeni klublara çatışmazlıqlar barədə xəbərdarlıq edib.

İdman.biz xəbər verir ki, bunu “Report”a qurumun Media və marketinq direktoru Sənan Abdullayev deyib.

O, klubarda çatışmazlıqların təkcə stadionlarla bağlı olmadığını nəzərə çatdırıb: “Təbii ki, Peşkar Futbol Liqası olaraq digərləri kimi, Premyer Liqaya yeni qoşulan klublarla da mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır. Onların stadionları təftiş olunub və hər birinə çatışmazlıqlar barədə detallı məlumatlar verilib. AFFA İcraiyyə Komitəsi yeni iştirakçılara bir il möhlət verib və artıq onlar öz işlərini bilirlər. Bu proseslərlə bağlı hansı addımlar atılacağı barədə klublar tərəfindən daha detallı məlumat verilə bilər.

Onlara müəyyən çatışmazlıqlar barədə xəbərdarlıq edilib. Çatışmazlıqlar təkcə stadionların infrastrukturu ilə bağlı deyil. Kadr baxımından hansı addımlar atılmalı olduqları barədə də məsləhət verilib. Biz üzərimizə düşəni etmişik. Öz meydanlarında oynayacaqlar, yoxsa Premyer Liqa standartlarına cavab verən başqa stadion icarəyə götürəcəklər? Bu barədə klub rəsmiləri danışsa, daha dəqiq olar”.

Qeyd edək ki, “Qəbələ”, “Karvan” və “İmişli” klublarına Premyer Liqanın 2025/2026 mövsümündə iştirak üçün lisenziya verilib.

İdman.biz