"Bizim üçün vacib oyundur. Yoldaşlıq matçı olsa da, qələbə qazanmaq istəyirik".
İdman.biz xəbər verir ki, bunu Macarıstan yığmasının yarımmüdafiəçisi Neqo Loik deyib.
Fransa çempionatında çıxış edən təcrübəli futbolçu Bakıda qələbə qazanmaq arzusunda olduqlarını bildirib. "Dünya çempionatının təsnifat mərhələsindən öncə son yoxlama görüşüdür. Rəsmi oyunlara müsbət əhval ruhiyyədə yollanmaq istəyirik. Qələbə qazanmaq üçün meydanda lazım olan tələbləri yerinə yetirməliyik. Uzun mövsüm keçiririk. Amma istirahət üçün vaxtımız az oldu, çünki yığmaya qoşulmalı idim".
Qeyd edək ki, Azərbaycan - Macarıstan yoldaşlıq matçı sabah saat 20:00-da start götürəcək.
İdman.biz