Bu gün Misli Premyer Liqasının XIV turunun növbəti qarşılaşması “Bank Respublika Arena” stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Sabah” “Neftçi”ni qəbul edəcək.
Oyun saat 20:00-da başlayacaq. “Sabah” 25 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 16 xala malik “Neftçi” isə səkkizincidir.
Misli Premyer Liqası
II dövrə, XIV tur
8 dekabr
20:00. “Sabah” - “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bank Respublika Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0) məğlub edib, “Zirə” - “Qarabağ” görüşündə qalib müəyyənləşməyib - 1:1. XIV tura dekabrın 9-da yekun vurulacaq.
