“Marsel”in hücumçusu Meyson Qrinvud Səudiyyə Ərəbistanı klubu “Neom”un marağına səbəb olub.
İdman.Biz bu barədə Footmercato-ya istinadən məlumat verir.
“Neom” “Marsel”ə 100 milyon avroluq təklif göndərib. Səudiyyə klubu Qrinvudun yüksək təzyiqli vəziyyətlərdəki davamlılığından təsirlənib və onu hücumlarına rəhbərlik etmək üçün ideal namizəd hesab edir. “Neom”un oyunçu üçün istənilən klubla rəqabət aparmağa hazır olduğu bildirilir. Qrinvudun “Marsel” ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Bu mövsüm oyunçu klubun heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 11 qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 40 milyon avrodur.
