Niderlandın “Ayaks” klubu Çempionlar Liqasının altıncı turunda “Qarabağ” ilə qarşılaşmaq üçün Bakıya gəlib.
İdman.Biz-in məlumatına görə, amsterdamlılar bu gün günortadan sonra Azərbaycana yola düşüb və rəsmi sosial media hesablarında “We’re off to Baku!” ifadəsi ilə yola düşmələrini elan ediblər.
Komanda artıq oyunöncəsi məşqlərə və Avropa Kuboku mövsümündə taleyini həll edə biləcək həlledici oyundan əvvəl zəruri fəaliyyətlərə hazırlaşır.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin VI turunda dekabrın 10-u “Ayaks”ı qonaq edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də start veriləcək.
