“Borussiya” “Sabah”la oyundan sonra Bakıda məşqə çıxdı - FOTO

21 Oktyabr 2026 16:46
118
“Borussiya” “Sabah”la oyundan sonra Bakıda məşqə çıxdı - FOTO

Almaniyanın “Borussiya” (Dortmund) klubu UEFA Çempionlar Liqasının üçüncü turu çərçivəsində “Sabah”la qarşılaşmadan bir gün sonra Bakıda məşqə çıxıb.

İdman.Biz xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi “Instagram” hesabında paylaşım edilib.

Bildirilib ki, hazırlıq prosesi səhər saatlarında “Qarabağ”ın bazasında təşkil olunub. Ağdam təmsilçisi “Azersun Arena”nı məşq üçün Dortmund klubunun istifadəsinə verib.

“Sabah”la görüşdə ehtiyatda qalan futbolçular oyun simulyasiyası üzrə məşq ediblər. Start heyətində meydana çıxan oyunçular isə bərpa məşqi keçiblər.

Məşqdən sonra “Borussiya” (Dortmund) komandası birbaşa hava limanına yollanıb.

Qeyd edək ki, “Sabah” - “Borussiya” (Dortmund) qarşılaşması Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz
Məqalədə: