Salah “Liverpul”un Çempionlar Liqasında “İnter”lə oyun üçün heyətinə daxil edilməyib

Xəbərlər
8 Dekabr 2025 20:52
38
Salah “Liverpul”un Çempionlar Liqasında “İnter”lə oyun üçün heyətinə daxil edilməyib

Məhəmməd Salah Çempionlar Liqasının 6-cı turunda “İnter”lə qarşılaşacaq “Liverpul”un heyətində yer almayacaq.

İdman.Biz bu barədə mersisaydıların rəsmi saytına istinadən bildirir.

Oyun dekabrın 9-da Milanda keçiriləcək.

“Qırmızılar” Milana 19 oyunçu ilə səfər edəcək, lakin misirli oyunçu onların arasında deyil. Bu, Salahın komandadakı rolu ilə bağlı şərhləri, eləcə də İngiltərə Premyer Liqasının 15-ci turunda “Lids Yunayted”lə 3:3 hesablı heç-heçədən sonra baş məşqçi Arne Slotu tənqid etməsi ilə bağlı ola bilər.

Hücumçu bu mövsüm “Liverpul”da 19 oyunda iştirak edib, beş qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz