"Mingəçevir"in məşqçiləri maaşlarını ala bilmirlər

Xəbərlər
5 İyun 2025 14:30
47
"Mingəçevir"in məşqçiləri maaşlarını ala bilmirlər

"Mingəçevir"də maliyyə ilə bağlı sıxıntı yaşanır.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, rəhbərlik üzərinə düşən öhdəçiliyi yerinə yetirmir.

Ötən qış "Nur şəhəri"nin təmsilçisini himayəyə götürən "ASTA" şirkəti futbolçuların maaşlarını versə də, məşqçilər korpusu 2 aydır məvacib üzünə həsrətdi.

Sonuncu dəfə apreldə pul üzü görən məşqçilər rəhbərliyin "bu gün və ya sabah olacaq" vədindən artıq bezib.

Qeyd edək ki, "Mingəçevir" başa çatan mövsümdə I Liqada 4-cü yeri tutub.

İdman.biz