Azərbaycanlı yeniyetmə Murad Həmidov Almaniyanın "Elversberq" klubu ilə müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, həmyerlimiz karyerasını gənclərdən ibarət Bundesliqada (U-17) davam etdirəcək.
Erkən yaşlarından idmana başlayan Murad daha çox təcrübə qazanmaq məqsədilə 14 yaşında Almaniyaya köçüb. İl yarım ərzində o, yüksək səviyyəyə çatmağı bacarıb və öz yaş kateqoriyasında ən güclü oyunçular sırasına düşüb.
O, gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməyi, o cümlədən millimizin heyətində uğurlar qazanacağna inanır.
İdman.biz