"Kuboku qazanmaq üçün komanda bütün gücünü ortaya qoydu".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan kubokunun final oyunundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Vasili Berezutski deyib.
O, həlledici görüşdə “Qarabağ” üzərində qazandıqları qələbəni şərh edib. Mütəxəssis baş məşqçi postunda qalıb-qalmayacağı ilə bağlı məsələyə toxunub: "Çox maraqlı oyun alındı. Futbolçular əlindən gələni elədi. Komandanı bu uğur münasibətilə təbrik edirəm. Tarixi uğur qazandıq. Gələcək haqqında heç nə deyə bilmərəm. Klub rəhbərliyi ilə danışıqlardan sonra bu barədə nəsə deyə bilərik".
Qeyd edək ki, “Sabah” tarixində ilk titulunu qazanıb.
Aytac Sahəd
İdman.biz