Tarkan Batgün: "Məqsədlərimizdən biri də futbol ictimaiyyəti arasında sıx əlaqə yaratmaqdır"

Xəbərlər
29 May 2025 17:18
38
Tarkan Batgün: "Məqsədlərimizdən biri də futbol ictimaiyyəti arasında sıx əlaqə yaratmaqdır"

“QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransında iştirak etmək gözəl hissdir".

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Futbol Konfransı Bakı” adlı konfransda iştirak edən futbol mütəxəssisi Tarkan Batgün deyib.

O, Bakının ilk dəfə olaraq bu konfransa ev sahibliyi etdiyini vurğulayıb: “Bundan sonra Asiya və Amerika ölkələrində də bu tədbiri keçirməyi planlaşdırırıq. Azərbaycan və Türkiyədən olan futbol xadimlərini burada görmək sevindirici haldır. Ən vacib məsələ futbolda məlumatların idarə olunmasıdır. Bununla bağlı çıxışlarımız oldu. Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Dilimiz, mətbəximiz eynidir. Məqsədlərimizdən biri də konfrans vasitəsilə futbol ictimaiyyətini bir yerə yığmaq və onlar arasında sıx əlaqə yaratmaqdır. Futbolda nə qədər güclü olsan, ölkənin inkişafı da bir o qədər artacaq”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparmaq və əlaqələri genişləndirməkdir.

İdman.biz