Çempionlar Liqasının Çempionlar yolunun ilk iki püşkatma mərasiminə qatılacaq 38 komandadan 32-si bəllidir.
İdman.biz xəbər verir ki, I təsnifat mərhələsinin 28 iştirakçısından 27-si, birbaşa II təsnifat mərhələsindən yarışa start verəcək 10 klubdan 5-i dəqiqləşib.
Azərbaycan çempionu “Qarabağ” da ilk raunddan azad olan klublar sırasında yer alıb. Qurban Qurbanovun yetirmələri püşkatmada səpələnmişlərdən olacaq.
Təmsilçimizin mümkün rəqibləri əsasən I təsnifat mərhələsinin cütləridir. RFS, “Linkoln”, “Kuopio”, TNS, “Drita”, “Breydablik”, “Buduçnost” və “Linfild”in yer aldığı cütlərin qalibləri çempionumuzla qarşılaşa bilər.
Çempionlar Liqası
Çempionlar yolu
I təsnifat mərhələsi
Səpələnmişlər
“Ludoqorets” (Bolqarıstan)
FCSB (Rumıniya)
“Olimpiya” (Sloveniya)
“Malmö” (İsveç)
“Jalgiris” (Vilnüs, Litva)
RFS (Latviya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Linkoln” (Cəbəllütariq)
“Kuopio” (Finlandiya)
TNS (Uels)
“Drita” (Kosovo)
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)
“Buduçnost” (Monteneqro)
Səpələnməmişlər
“İnter” (Andorra)
“Şkendiya” (Şimali Makedoniya)
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
“Hamrun Spartans” (Malta)
“Milsami” (Moldova)
“Kayrat” (Qazaxıstan)
“Noa” (Ermənistan)
“Differdanj” (Lüksemburq)
“İberiya” (Gürcüstan)
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
“Eqnatiya” (Albaniya)
“Virtus” (San Marino)
II təsnifat mərhələsi
Səpələnmişlər
“Kopenhagen” (Danimarka)
“Srvena Zvezda” (Serbiya)
“Ferensvaroş” (Macarıstan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Slovan” (Slovakiya)
“Qarabağ” (Azərbaycan)
“Lüdoqorets”in yer aldığı cütün qalibi
“Dinamo” (Kiyev, Ukrayna)
FCSB-nın yer aldığı cütün qalibi
“Lex” (Polşa)
“Olimpiya”nın yer aldığı cütün qalibi
“Malmö”nün yer aldığı cütün qalibi
Səpələnməmişlər
“Riyeka” (Xorvatiya)
“Jalgiris”in yer aldığı cütün qalibi
“Pafos” (Kipr)
RFS-in yer aldığı cütün qalibi
“Zrinski”nin yer aldığı cütün qalibi
“Linkoln”un yer aldığı cütün qalibi
“Kuopio”nun yer aldığı cütün qalibi
TNS-in yer aldığı cütün qalibi
“Drita”nın yer aldığı cütün qalibi
“Breydablik”in yer aldığı cütün qalibi
“Linfild”in yer aldığı cütün qalibi
“Buduçnost”un yer aldığı cütün qalibi
Liqa yolu
II təsnifat mərhələsi
Səpələnmişlər
“Reyncers” (Şotlandiya)
“Zalsburq” (Avstriya)
“Viktoriya” (Çexiya)
Səpələnməmişlər
“Panatinaikos” (Yunanıstan)
“Servett” (İsveçrə)
“Brann” (Norveç)
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.
Vüqar Xeyrullayev
İdman.biz