“Union Sent-Jilluaz” 90 il sonra Belçika çempionu olub - QEYRİ-ADİ SƏBƏB

Xəbərlər
26 May 2025 03:00
26
“Union Sent-Jilluaz” 90 il sonra Belçika çempionu olub - QEYRİ-ADİ SƏBƏB

“Union Sent-Jilluaz” klubu 1935-ci ildən sonra ilk dəfə Belçika çempionu olaraq adını tarixə yazdırıb.

İdman.biz xəbər verir ki, bu uğur oyunçuların seçimi üçün analitik modelə əsaslanan innovativ yanaşma sayəsində mümkün olub.

2018-ci ildə klubu britaniyalı iş adamı və professional poker oyunçusu Toni Blum aldıqdan sonra komanda dəyişməyə başlayıb. O, tərəfdaşı ilə birlikdə oyunçuları seçərkən yalnız onların oyun keyfiyyətlərini deyil, həm də mental xüsusiyyətlərini və meydandakı digər futbolçularla uyğunluğunu nəzərə alan sistem tətbiq edib.

Böyük transfer xərcləri olmadan “Union Sent-Jilluaz” rəqabətqabiliyyətli heyət qurmağı bacarıb və 2025-ci ildə 90 illik fasilədən sonra sensasiyalı şəkildə Belçika futbolunun zirvəsini fəth edə bilib.

İdman.biz