“Barselona”nın vingeri Lamin Yamal klubla müqaviləsinin müddətini uzadacaq.
İdman.biz xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında məlumat verib.
Bildirilir ki, yeni müqavilənin müddəti 2030-cu ilə qədər olacaq. 17 yaşlı futbolçunun illik maaşı 9 milyon avro (üstəlik bonuslar) təşkil edəcək. Bu məbləğ ilbəil artaraq 18 milyon avroya çatacaq.
Qeyd edək ki, Lamin Yamal cari mövsüm İspaniya çempionatında 34 oyuna çıxaraq 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Həmçinin UEFA Çempionlar Liqasında 13 oyunda 5 qol və 3 assistlə yadda qalıb.
İdman.biz