Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Fransa millisi İtaliya ilə 1:1 hesablı heç-heçə edib. Meydan sahiblərinin yeganə qolunu hücumameyilli yarımmüdafiəçi Maykl Olise vurub.
Vinger turnirdə keçirdiyi hər üç matçda məhsuldar fəaliyyətlə yadda qalıb.
İdman.Biz “Stats du Foot”a istinadən məlumat verir ki, Maykl Olise Fransa millisinin tarixində yeni baş məşqçinin rəhbərliyi altında ilk üç oyunun hər birində məhsuldar fəaliyyət göstərən ilk futbolçu olub.
Qeyd edək ki, yayda Fransa millisinin baş məşqçisi postuna Zinəddin Zidan gətirilib.
Fransa millisi növbəti matçını oktyabrın 5-də doğma meydanda Belçikaya qarşı keçirəcək.
