Kriştianu Ronaldu özü haqqında qalmaqallı paylaşımı bəyənib

3 Oktyabr 2026 17:21
67
Kriştianu Ronaldu özü haqqında qalmaqallı paylaşımı bəyənib

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu sosial şəbəkədə millidə bərabər oyndığı 41 yaşlı sabiq oyunçu Filipe Melonun paylaşımını bəyənib.

İdman.Biz xəbər verir ki, həmin paylaşımda Filipe Melo “heç kimin Kriştianu ilə müqayisə oluna bilməz” cümləsini yazıb.

Beşqat “Qızıl top” sahibi olan Ronaldu bu addımı onun milli komandadakı rolu ətrafında gərgin vəziyyətin yaşandığı bir vaxtda atıb.

Daha əvvəl Kopenhagendə Danimarka ilə Millətlər Liqası matçından əvvəl Ronaldunun baş məşqçi Jorje Jezuşla münaqişə səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk etdiyi bildirilmişdi.

Daha sonra Kriştianonun milli komandadakı karyerasını başa vurduğu barədə KİV-də məlumat yayılıb.

İdman.Biz