KİV: Qvardiola Mançesterə qayıtmaq istəyir

3 Oktyabr 2026 18:13
59
KİV: Qvardiola Mançesterə qayıtmaq istəyir

“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola komandanın qarşıdakı ev oyununu izləmək üçün Mançesterə getməyi planlaşdırır.

İdman.Biz xəbər verir ki, bu barədə “The Real Tolmie's Hairdoo” kluba yaxın mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Qvardiola “Mançester Siti”nin növbəti matçına gəlmək imkanını nəzərdən keçirir. Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis klub rəhbərliyinə hazırkı çətin vəziyyətdə komandaya dəstək olmaq istədiyini bildirib.

Qeyd edək ki, daha əvvəl “Mançester Siti” maliyyə pozuntularında təqsirli bilinib. Lakin İngiltərə klubu ona qarşı irəli sürülən ittihamları rədd edir.

“Mançester Siti” oktyabrın 11-də İngiltərə Premyer Liqasının 6-cı turunda səfərdə “Liverpul”la qarşılaşacaq. Oktyabrın 14-də isə Enso Mareskanın rəhbərlik etdiyi komanda Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-ni qəbul edəcək.

İdman.Biz